30 
apr
2025
11:12

39
yuxarı
İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı

30 apr, 2025
11:12
739
Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.
Turkdunyasi.az Report-a istinadla xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.
Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Arif Uluxanov uzun müddət Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.