may
2025
09:17
50

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Masallıda məktəbli qızlar arasında kütləvi dava...

1 may, 2025
09:17
950

Masallı rayonunda məktəblilər arasında insident olub.
Turkdunyasi.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə rayonun Şərəfə kənd tam orta məktəbində qeydə alınıb.
Məlumata əsasən, məktəbdə təhsil alan bir neçə qız şagird kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli qızı döyərək ona xəsarətlər yetiriblər. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkən 2009-cu il təvəllüdlü qızın sol bud və kürək nahiyəsində zədələr aşkarlanıb. Ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın