may
2025
09:53
44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qadın sürücü qəza törətdi: ölən var

2 may, 2025
09:53
644

Bakıda qadın sürücü qəza törədib.
Turkdunyasi.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bakı şəhər sakini Sevinc Qələndər qızı Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə hərəkətdə olarkən paytaxtın M.Müşfiq və N.Nərimanov küçələrinin kəsişməsindəki piyada zolağı ilə hərəkətdə olan piyada, 1953-cü il təvəllüdlü Abdulbağı Ağarza oğlu Həsənovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın