may
2025
13:30
52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

9 may, 2025
13:30
1252

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində yaxınlıqdakı ümumi sahəsi 140 m² olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, bir ədəd televizor və bir ədəd kondisioner yanıb.
Evin qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın