E-mail: [email protected]
“Neftçi” səfərdə “Sumqayıt”a qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.
“Sumqayıt” “Neftçi”ni qəbul edib.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Tiaqo Bezerra vurub. Braziliyalı hücumçu 12-ci və 62-ci dəqiqələrdə fərqlənib.
17-ci dəqiqədə Cəmaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub. 63-cü dəqiqədə “Sumqayıt”ın yeni transferi Anatoli Nuriyev Dmitri Nağıyevi əvəzləyərək, “gənclik şəhəri” təmsilçisində debüt edib. 72-ci dəqiqədə isə Tellur Mütəllimov zədələnərək, meydanı tərk edib. Onun əvəzinə meydana Elvin Məmmədov daxil olub.
Bu qələbədən sonra xallarını 50-yə çatdıran “Neftçi” ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan “Sumqayıt” isə 15 xalla 7-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Səbail”lə qolsuz, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib, “Zirə” isə gözlənilmədən “Qəbələ”yə uduzub - 0:3.