18 
sen
2025
00:32

45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
"Benfika"nı məğlub edən "Qarabağ" reytinqdə irəlilədi

18 sen, 2025
00:32
845
“Qarabağ” UEFA-nın reytinqində irəliləyib.
Turkdunyasi.az Qol.az-a istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Lissabonda “Benfika” üzərindəki qələbəsi (3:2) sayəsində mümkün olub.
Son 5 mövsümün nəticəsinə əsəsən, əmsalını 37,000-a çatdıran Qurban Qurbanovun komandası 2 pillə irəliləyərək 57-ci yerdən 55-ci pilləyə qalxıb.
Reytinqə 125,500 əmsalla “Real” Madrid başçılıq edir.
Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan isə milli assosiasiyaların UEFA reytinqində 1 pillə irəliləyərək 25-ci yerə yüksəlib.