8 
noy
2025
11:50

433

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Qazaxda Zəfər Gününə həsr olunmuş mini futbol turniri keçirilib

8 noy, 2025
11:50
8433
Qazaxda Zəfər Gününə həsr olunmuş mini futbol turniri keçirilib
Turkdunyasi.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə mini futbol yarışı təşkil olunub. Turnirdə RPŞ əməkdaşları ilə yanaşı, rayonun müxtəlif müəssisə və təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Gərgin və dostluq şəraitində keçən qarşılaşmaların yekununda Qazax Rayon Polis Şöbəsinin komandası qalib adını qazanıb.
Yarışın sonunda Şöbə rəhbərliyi tərəfindən qalib komandanın üzvlərinə fərqlənmə diplomları və hədiyyələr təqdim olunub.








