4 
yan
2026
01:55

38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
"Qarabağ" bu iki klublar ilə qarşılaşacaq

4 yan, 2026
01:55
838
"Qarabağ"ın Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Turkdunyasi.az xəbər verir ki, klubun məlumatına görə, yanvarın 10-dan 17-dək Belek bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) və Polşanın "Zalebye" klubları ilə qarşılaşacaq.
Matçlar, müvafiq olaraq, yanvarın 12-də və 16-da keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.



