avq
2022
12:21
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İslamiada: Azərbaycanın futbol millisi mübarizəyə start verir

8 avq, 2022
12:21
1699

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 4-cü gününə start verilir.
“Report”un məlumatına görə, 8 idmançı və Azərbaycanın 2 milli komandası mübarizə aparacaq.
Mübarizəyə qoşulanlar arasında 2019-cu ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının futbol üzrə qalibi Azərbaycan yığması da var. Samir Əliyevin baş məşqçisi olduğu komanda Səudiyyə Ərəbistanı ilə matçda debüt edəcək.
Velosiped (trek)
11:00. Omnium – Kişilər (10 km), qadınlar (7,5 km): Əmral Əbdüləzizli, Elgün Əlizadə, Ayan Xankişiyeva, Viktoriya Sidorenko;
Atletika
16:00. 100 metr məsafəyə qaçış (təsnifat): Əlhəm Nağıyev;
17:20. Uzunluğa tullanma (təsnifat): Yekaterina Sarıyeva;
17:45. Çəkicatma (final): Anna Skidan;
Voleybol
17:00. Qadınlar (B qrupu): Seneqal – Azərbaycan;
Futbol
18:00. Kişilər (B qrupu): Səudiyyə Ərəbistanı – Azərbaycan;
Paraüzgüçülük
19:00. 200 metr məsafəyə sərbəst üsulla üzmə (final): Könül Süleymanova (S4).

Bizimlə əlaqə saxlayın