15 
avq
2022
08:58
103

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İslamiada: Azərbaycanın voleybol yığmalarının medal görüşlərindəki rəqibləri bəlli olub - YENİLƏNİB

15 avq, 2022
08:58
9103

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.
“Report”un məlumatına görə, yarımfinalda İran yığmalarına məğlub olan qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları avqustun 15-də bürünc medal uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qadın voleybolçulardan ibarət milli isə bürünc medal uğrunda matçda Kamerunu sınağa çəkəcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 14:00-da veriləcək.
İslam Həmrəyliyi Oyunları
Bürünc medallar uğrunda görüş
15 avqust

(Kişilər)
11:00. Türkiyə - Azərbaycan

(Qadınlar)
14:00. Azərbaycan - Kamerun

00:16
Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib.
“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək.

Bizimlə əlaqə saxlayın