E-mail: [email protected]
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının növbəti qalibi müəyyənləşib
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının növbəti qalibi müəyyənləşib.
Yarışın ikinci günündə körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-dək olan idmançılar çıxıblar.
Birdən qaldırmada 135 kq, təkanla isə 162 kq-nın öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb.
Toplam 286 kq (126 kq +160 kq) nəticə ilə Nurlan Məmmədzadə ikinci, 285 kq (130 kq +155 kq) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.
Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan çempionatına bu gün yekun vurulacaq.