14 
sen
2022
03:16
138

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zorlamada təqsirləndirilən “Mançester Siti”nin futbolçusu qismən bəraət alıb

14 sen, 2022
03:16
9138

Benjamin Mendi zorlama ittihamlarından biri üzrə təqsirli bilinməyib.
Bu barədə məhkəmə hökm çıxarıb.
“Mançester Siti”nin müdafiəçisi 19 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinməyib. İttiham tərəfi hadisənin ötən ilin iyulunda baş verdiyini iddia edib.
Həmçinin, futbolçu ilə birlikdə ittiham edilən 41 yaşlı Lui Saa Matturi də eyni qadına qarşı iki zorlama və bir cinsi zorakılıq maddəsi üzrə təqsirli bilinməyib.
Hakim Stiven Everett ittiham tərəfinin əlavə sübut təqdim etməməsi səbəbindən andçılar heyətinə bu maddələr üzrə ittihamların götürülməsini əmr edib.
Xatırladaq ki, Mendi səkkiz zorlama, bir cinsi zorakılıq və bir zorlama cəhdi ilə ittiham olunub. Məhkəmə qalan ittihamlarla bağlı işlərə baxmağa davam edəcək.
Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın