13 
apr
2022
01:12
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Vilyarreal” “Bavariya”nı mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib - VİDEO

13 apr, 2022
01:12
7113

UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.
İspaniyanın "Vilyarreal" klubu növbəti mərhələyə yüksəlib.
Evdəki ilk matçda Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə "Vilyarreal"ı yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.
Gecənin digər oyununda isə İngiltərənin "Çelsi" klubu İspaniyada "Real Madrid"lə qarşılaşır. Matçın əsas vaxtı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılır.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
12 aprel
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3 (ƏLAVƏ VAXT)
Qollar: Rodriqo, 80 Benezema, 96 - Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1
23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1
Qol: Robert Levandovski, 52 - Samuel Çukvueze, 88
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1
Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə "Liverpul"u Portuqaliya "Benfika"sını, İspaniyanın "Atletiko" (Madrid) komandası isə İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.


Bizimlə əlaqə saxlayın