11 
yan
2023
20:59
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı

11 yan, 2023
20:59
277

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Şamaxı”nın Rumıniyanın “Botoşani” komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.

Turkdunyasi.az xəbər verir ki,klubun mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.

Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.

Beləlik, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, “Şamaxı” günün ilk matçında Qazaxıstan “Kaysar”ı ilə qolsuz heç-heçə edib.

Bizimlə əlaqə saxlayın