15 
yan
2023
10:50
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

La Liqa: “Bask derbisi”ni “Real Sosyedad” qazandı

15 yan, 2023
10:50
774

La Liqanın XVII turu “Bask derbisi” ilə əlamətdar olub.

İspaniyanın “Basklar ölkəsi”nin iki şəhərini təmsil edən “Real Sosyedad”la “Atletik Bilbao”nun görüşü maraqlı alınıb.
San Sebastianda keçirilən matç meydan sahiblərinin - “Real Sosyedad”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin qollarını Sörlot, Kubo və Oyarzabal vurublar.

Qonaqların heyətində isə Sançet fərqlənib.

Qeyd edək ki, bu nəticə ilə xallarının sayını 35-ə yüksəldən “Real Sosyedad” 3-cü pillədəki yerini qoruyub. “Atletik Bilbao” isə 26 xalla 8-ci sırada qalıb.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın