15 
apr
2022
01:06
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Avropa Liqası: Yarımfinalçılar bəlli oldu, Barselonada sensasiya - YENİLƏNİB + VİDEO

15 apr, 2022
01:06
999

UEFA Avropa Liqasında yarımfinalın bütün iştirakçıları bəlli olub.
1/4 finalın cavab oyunlarından sonra Almaniya "Leyptsiq"i ilə yanaşı, bu ölkənin digər təmsilçisi "Ayntraxt", İngiltərə "Vest Hem"i və Şotlandiya "Reyncers"i də növbəti mərhələyə vəsiqə əldə edib.
Gecənin sensasiyası İspaniyada qeyd alınıb. Evdə "Ayntraxt"a 2:3 hesabı ilə uduzan "Barselona" mübarizəni dayandırıb. Bundan başqa, "Vest Hem" Fransada "Lion"a, "Reyncer" isə doğma meydanda Portuqaliya "Braqa"sına qalib gəlib.
Qeyd edək ki, yarımfinalda "Leyptsiq" "Reyncers"lə, "Vest Hem" isə "Ayntraxt"la qarşılaşacaq.
"Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3
Qollar: Serxio Busgets, 90+1. Memfis Depay, 90+11 (pen.) - Filip Kostiç, 4; 67 (pen.). Rafael Borre, 36
Qırmızı vərəqə: Evan N Dika, 90+10 ("Ayntraxt")
İlk oyun - 1:1
"Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3
Qollar: Kreyq Douson, 38. Deklan Rays, 44. Carrod Bouen, 48
İlk oyun - 1:1
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 2:1
Qollar: Ceyms Tavernye, 2; 44 (pen.) - David Karmu, 83
Qırmızı vərəqə: Vitor Tormena, 43 ("Braqa")
İlk oyun - 0:1
22:58
UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.
1/4 final mərhələsinin cavab oyununda İtaliyada “Atalanta”nı 2:0 hesabı ilə məğlub edən Almaniya “Leyptsiq”i adını növbəti mərhələyə  yazdırıb.
“Atalanta” (İtaliya) – “Leyptsiq” (Almaniya) - 0:2

Qollar: Kristofer Nkunku, 18; 87 (pen.)
İlk oyun - 1:1
“Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya)
İlk oyun - 1:1
23:00. “Lion” (Fransa) – “Vest Hem” (İngiltərə)
İlk oyun - 1:1
23:00. “Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya)
İlk oyun - 0:1

Bizimlə əlaqə saxlayın