24 
mar
2022
12:02
117

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Boksçularımız Avropadan 4 medalla qayıdır

24 mar, 2022
12:02
4117

Boksçularımız Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində iştirak edib.
 
Turkdunyası.az xəbər verir ki, yarışa 7 boksçu ilə qatılan komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. Boksçularımız Poreçdə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.
 
Hüseynovdan öncə Ruslan Qədirov (54 kq) 2-ci, Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. Yığma bununla da Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Milli komanda 10 il öncə Rusiyada keçirilən U-22-lərin Avropa çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.
 
Qeyd edək ki, Nicat Hüseynov 1/4 finalda Antonio Payvanı (İrlandiya), 1/2 finalda Mehmethan Çinarı (Türkiyə) məğlub edib.




Bizimlə əlaqə saxlayın