27 
apr
2022
10:59
106

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Çempionlar Liqası: “Liverpul” turnirin sensasiyalı komandasına qarşı - AFİŞA

27 apr, 2022
10:59
9106

Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, “Liverpul” öz evində 1/8 finalda “Yuventus”, 1/4 finalda “Bayern”i turnirdən kənarlaşdırmış İspaniyanın “Vilyareal” klubunu qəbul edəcək.
Tərəflər 2016-cı ildə Avropa Liqasının yarımfinalında da üz-üzə gəliblər. O vaxt İspaniyada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlsələr də, “Enfild Roud”dakı qarşılaşmada “Liverpul” 3:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Liverpul”un həmin heyətindən Roberto Firmino və Ceyms Milner yenə komandadadırlar.
UEFA Çempionlar Liqası
1/2 final (ilk oyun)
28 aprel
23:00 “Liverpul” (İngiltərə) – “Vilyareal” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Liverpul. “Enfild” stadionu
Oynamayacaqlar: Alberto Moreno, Yeremi Pino (hər ikisi “Vilyareal”)
Oynaması sual altında olanlar: Roberto Firmino (“Liverpul”), Jerar Moreno (“Vilyareal”)
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real” klubu İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzub.

Bizimlə əlaqə saxlayın