Beynəlmiləlçi döyüşçülərlə bağlı şuranın üzvləri Ağdama səfər etdilər - FOTO
28 apr, 2022
14:37
9146
MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işi üzrə Komitənin Koordinasiya Şurasının üzvləri Ağdam şəhərinə səfər ediblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 24 nəfərdən ibarət nümayəndə heyəti ilk olaraq Qarabağ xanlarının “İmarət” kompleksində olub. Səfər iştirakçıları daha sonra ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqları ilə tanış olub. Qonaqlar Ağdamda aparılan yenidənqurma və bərpa işləri ilə də tanış olacaqlar.