29 
apr
2022
15:33

162

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Azərbaycan millisi Kosovo səfərinin hazırlıqlarına başladı - FOTO

29 apr, 2022
15:33
9162
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.Türkdunyasi.az xəbər verir ki, 20-22 may tarixlərində Kosovoda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsinə hazırlaşan komanda məşqlərə Bakıda start verib.
14 voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.
Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” Voleybol Klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçirilir.
Qeyd edək ki, voleybolçularımız AVRO-2022-nin təsnifat mərhələsinin oyunlarında E qrupunda Kosovo, Niderland və Slovakiya milliləri ilə mübarizə aparacaq.