13 
iyn
2025
14:23
47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Sahil Babayev: "Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb"

13 iyn, 2025
14:23
747

"Dövlət maliyyəsinin daha səmərəli idarəolunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb".

Turkdunyasi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir əlavə edib ki, islahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, optimallaşması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesində tətbiqi imkanları təmin olunacaq:
"Bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha baxılacaq".

Bizimlə əlaqə saxlayın