30 
dek
2025
17:47
54

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Siqaretin qiymətinin nə qədər bahalaşacağı bəlli oldu

30 dek, 2025
17:47
754

2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişiklikdir - aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45.5 manatdan 1000 ədəd üçün 55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu artım birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcək.

Turkdunyasi.az Ölkə.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, yeni ilin ilk günündən Azərbaycanda növündən və çeşidindən asılı olmayaraq 1 qutu (20 ədəd) siqaretin qiyməti minimum 20 qəpik artacaq. Qanunvericiliyə edilən dəyişiklik artıq bazara da təsirsiz qalmayıb - paytaxtda fəaliyyət göstərən bəzi marketlərin siqaret satışını məhdudlaşdırdığı bildirilir.
Satıcılar və ekspertlərin qiymətləndirmələrinə görə, yeni ildən siqaretlərin qiyməti müxtəlif markalar üzrə 2.5 - 5.5 AZN arasında dəyişəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın