apr
2023
11:30
86

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Mikayıl Cabbarov: “Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlılığını gücləndirir”

6 apr, 2023
11:30
1186

2023-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 mlrd. 618 mln. manat olub.
Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
“2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 mlrd. 899,5 mln. manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 mlrd. 618 mln. manat olub. Fiskal gəlirlərdə əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlılığını gücləndirir”.



Bizimlə əlaqə saxlayın