21 
apr
2023
07:20
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Vergi daxilolmaları 75 faizə yaxın artıb

21 apr, 2023
07:20
1182

Sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi, biznesin leqal fəaliyyətinin genişlənməsi, yeni yanaşmalar, vergiödəyiciləri ilə təmassız münasibətlər və rəqəmsal xidmətlərin əhatəsinin genişləndirilməsi büdcə gəlirlərinin artmasına müsbət təsir edir.
 
Dövlət Vergi Xidmətindən Modern.az-a bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat həcmində vergi daxil olub.
 
Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz və ya 2,1 milyard manat artım deməkdir.
 
Qeyri-neft-qaz sektorunda daxilolmalar 2 milyard 618 milyon manat təşkil edib. 2022-ci ilin I rübü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 16,4 faiz çox olub. DVX-nin xətti ilə bu ilin üç ayı ərzində proqnozdan əlavə 1,1 milyard manatdan çox vəsait toplanıb.

Bizimlə əlaqə saxlayın