29 
apr
2022
21:50
122

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Emin Əmrullayevdən yeni TƏYİNATLAR

29 apr, 2022
21:50
9122

Lənkəran-Astara Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub. 
Turkdunyasi.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat yayıb. 
Onun sözlərinə görə, bu vəzifəyə Təhsil İnstitutunun metodik dəstək mərkəzinin şöbə müdiri Elxan Nəcəfov təyinat alıb. 
Bundan əlavə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə də müdir təyin olunub. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, bu vəzifəyə Anar Qədiməliyev təyinat alıb.
Məlumata görə, Regional Gəncə Təhsil idarəsinə Gəncə, Naftalan şəhərləri, o cümlədən Goranboy, Samux, Daşkəsən, Göygöl təhsil şöbələri tabedir. 
Qeyd edək ki, A.Qədiməliyev yeni təyinatadək Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın