may
2022
08:30
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bayram günü hava necə olacaq? - PROQNOZ

2 may, 2022
08:30
1267

Mayın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.  
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz  18-20° isti, Bakıda gecə 12-14° isti, gündüz  18-20° isti olacaq. Atmosfer təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman.
Mülayim qərb küləyi arabir  güclənəcək. Havanın temperaturu gecə 11-16° isti,
gündüz 21-26° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

Bizimlə əlaqə saxlayın