may
2022
09:27
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənistanda etirazlar şiddətlənir - Müxalifət küçələri bağlayır

2 may, 2022
09:27
9863

Hazırki rəhbərliyi hakimiyyətdən uzaqlaşdırmaq niyyətində olan Ermənistan müxalifəti bazar ertəsi səhər saatlarından paytaxt İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 
Ermənistan parlamentinin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyanın sözlərinə görə, bu gün saat 08:30-dan etibarən müxalifət dinc vətəndaş itaətsizliyi aksiyalarına keçir.

İrəvanın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri hərəkətə hazırdır və tədricən müxtəlif küçələri bağlayır.
 
Xatırladaq ki, etiraz fəallığının artmasına Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi barədə səs-küylü bəyanatlar verməsi səbəb olub. Aprelin 25-dən müxalifət mərkəzləşdirilməmiş etiraz aksiyaları keçirir.

Bizimlə əlaqə saxlayın