may
2022
01:06
52

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zelenski polşalı həmkarı ilə danışıqlar apardı

4 may, 2022
01:06
952

Ukrayna Prezidenti Volodimir Zelenski və Polşa Prezidenti Anjey Duda arasında telefon danışığı olub.
 
Turkdunyasi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Liderlər Mariupoldakı vəziyyət və Rusiya Federasiyasına əlavə sanksiyaların tətbiqinin zəruriliyindən danışıblar.
 
Zelenski Dudanı Ali Radada çıxış etməyə dəvət edib.
 
"Demokratik dəyərlər və ənənələr dövlətlərimizi və xalqlarımızı birləşdirir. Bu gün biz Ukrayna xalqının Avropa dəyərlərinin qorunması uğrunda fədakar mübarizəsində Polşa rəhbərliyinin dəstəyini hiss edirik. Biz bunu yüksək qiymətləndiririk", - deyə prezident vurğulayıb.

Bizimlə əlaqə saxlayın