E-mail: [email protected]
Putin Lavrovun sözlərinə görə İsraildən üzr istədi - YENİLƏNİB
İsrail Baş nazirinin ofisi Naftali Bennetin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi fikirlər barədə müzakirə aparıblar.
“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib, yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”, - deyə məlumatda bildirilir.
***
19:43
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Naftali Benneti və İsrail xalqını bu gün qeyd olunan milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edib.
Telefon danışığı zamanı Rusiya-İsrail münasibətlərinin daha da inkişaf etdirilməsi və iki ölkə arasında faydalı əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Qeyd edək ki, son günlər Rusiya və İsrail arasında gərginlik yaşanır. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna lideri Volodimir Zelenskini Hitlerə bənzətməsi və Hitlerin babasının yəhudi olduğunu deməsi İsraildə narazılıqla qarşılanıb.