E-mail: [email protected]
Putin ukraynalı əsirləri 9 may paradına çıxarmaq İSTƏYİR
Ukrayna hərbçiləri mühasirəyə alınmış Mariupol şəhərindəki “Azovstal” zavodunda yəqin ki, daha bir həftə duruş gətirə bilər.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsində “Azovstal”dakı döyüşçülərdən biri deyib.
Onun sözlərinə görə, bir həftədən sonra heç bir humanitar dəhliz açmaq mümkün olmayacaq.
"Ruslar Mariupola daxil olandan bəri burada davamlı olaraq şiddətli döyüşlər gedir. Bu gün bizi ağır artilleriya atəşinə tutdular, üç döyüşçü yoldaşım həlak oldu. Burada hər gün ağır keçir, hər gün insanlar ölür”.
Mühasirəyə alınmış hərbçilər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin zavodu məhv etmək üçün qüvvələri səfərbər edib. Putinin digər məqsədi “Azovstal”dakı həbçiləri əsir alıb, onları mayın 9-da keçiriləcək paradda nümayiş etdirməkdir.
Son məlumatlara görə, rus hərbçilər artıq zavod ərazisinə daxil ola biliblər.
"Düşmən artıq zavodun ərazisinə soxulub və getdikcə daha da içərilərə doğru irəliləməyə çalışır. Pilotsuz təyyarələr bizim hər addımımızı və minaatanlardan atəş açdığımızı dərhal sezir. Düşünürəm ki, onlar bizi mayın 9-na kimi sağ-salamat ələ keçirmək istəyirlər ki, paradda nümayiş etdirsinlər”, - Oleq adlı ukraynalı döyüşçü bildirib.
O deyib ki, yaralı döyüşçülərin təxliyəsinə “üçüncü ölkələri” cəlb etmək ümidi var idi, lakin bu ümidlər hər gün sönür.
"Bir həftədən sonra buradakı dəhlizdən heç kim keçə bilməyəcək. Biz buradan sağ çıxa bilməyəcəyik", - hərbçi deyib.
Azov alayının komandiri, polkovnik-leytenant Denis Prokopenko hələ mayın 4-də bildirib ki, “Azovstal”da vəziyyət son dərəcə ağırdır, lakin Mariupolun müdafiəçiləri xətti saxlamaqda davam edirlər.
Onun sözlərinə görə, ağır qanlı döyüşlər davam edir, döyüşlərdən sağ çıxmaq ümidləri getdikcə ölür...
Bəzi Qərb analitikləri də Putinin Moskvada keçirilən qələbə paradında əsir götürülmüş Ukrayna hərbçilərini nümayiş etdirəcəyini düşünürlər.
“Putindən hər cür biabırçılıq gözləmək olar”, - deyə onlar bildiriblər.