may
2022
14:20
302

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şok şok: Masallıda açılan "saxta bülleten" qalmaqalı böyüyür

6 may, 2022
14:20
9302



04.05.2022-ci il tarixdə Turkdunyası.az xəbər portalına "Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasının müdiri Nəbiyev Mirrəhim Yardımlı rayon Bərcan kənd sakini Adıyev Məhəmməd Balamır oğluna 20.04.2022-ci il tarixdə saxta yollarla bülleten açılması" barədə şikayət daxil olmuşdur.

"20.04.2022-ci il tarixdə Adıyev Məhəmməd ona bülleten açılması üçün bizim xəstəxanaya müraciət etdi, müayinə olundu və biz də ona bülleten açdıq, amma onu vermədik və vətəndaşa bildirdiki ki, gedib iş yerindən arayış gətirməlisən ki, həqiqətən orada işləyirsən, o isə sözügedən arayışı almaq üçün bülletenin şəkilini bizdən istədi. Mən də çəkib ona yolladım.

Prokurorluğ yoxsa Polis şöbəsindən də sözügedən bülleteni araşdırıblar",-deyə Mirrəhim Nəbiyev bildirib.

P.S Jurnalistlər Masallıda dövlət İdarələrinə buraxılmır. Dövlət idarələrindən jurnalistələrə çəkiliş və ya qarşı tərəfin mövqeyin dinləmək üçün gedən zaman, dırnaq arası məmurlar onlara hədə-qorxu gəlir və bildirir ki, Masallı rayon Icra Hakimiyyətindən bizə tapşırıblar ki, heç bir jurnalisti bura buraxmayın və heç bir açıqlama da verməyin. Hətta jurnalistlər dövlət Idarələrinə daxil olub çəkiliş, və yaxud qarşı tərəfin mövqeyin dinləmək üçün Masallı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasalar da belə oradan "yox, olmaz " cavabı alırlar və hətta onlara bildirirlər ki, xəstəxanalara daxil olub çəkiliş üçün bir başa TƏBİB-in icazəsi olmalıdır. Masallı rayonunda jurnalistlərin peşə fəaliyyətinə Masalıı rayon İcra Hakimiyyəti maneə olur.

Neçə olur ki, Cəlilabad rayonunda dövlət ıdarələrinə gedən zaman jurnalisti sivil qayda da qəbul edib qarşı tərəf öz mövqeyin bildirir, amma Masallıda isə yox?!

Vətəndaşlar Masallıda bir qrup dırnaq arası məmurların əlində girinc qalıb.

Hətta fevral 2022-ci il tarixdə xəbər portallarında "Mirrəhim Nəbiyevin sözügedən xəstəxananı korrupsiya ocağına çevirməsinə" dair şikayət də yayımlanmışdır.

Masalıı rayon səhiyyəsində vəziyyət çox acınacaqlıdır və oranın səhiyyəsində olan dırnaq arası həkim mafiyasının başında bir başa Masallı rayon Icra Hakimiyyəti durur.

Redaksiyamıza çoxsaylı daxil olan şikayətlərdə bildirirlər ki, Masallı rayon xəstəxanalarlnda hər ay yüzlərlə belə saxta bülletenlər açılır, dərman firmalarında çalışan işçilər Masallı rayon Mərkəzi xəstəxanasından əl çəkmirlər və bütün günü işlədiyi firmaların bahalı dərmanların reklam etdirib həkimlər vasitəsilə xəstələrə yazdırırlar,
kənd məntəqələrində hətta yardım üçün belə lazım olan dava-dərmanlar yoxdur, sakinlər iynə vurdurmaq üçün məntəqəyə getmək əvəzinə, digər yaxın rayonlarda olan xəstəxana və ya tibbi işçilərinə müraciət edirlər.

Biz buradan üz tuturuq və xahiş edirik ki, səhiyyə ilə bağlı yazdığlarımızı Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq nəzarətə götürüb araşdırsın.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın