may
2022
09:46
35

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ekalogiya naziri gürcü həmkarı ilə müzakirələr apardı

7 may, 2022
09:46
1235

6 may 2022-ci il tarixində Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ətraf mühitin və bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində əməkdaşlığın artırılması məsələləri öz əksini tapıb. 
 
Eyni zamanda Kür çayı hövzəsinin mühafizəsi, transsərhəd suların inteqrasiyalı idarə edilməsi və səmərəli istifadəsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın