E-mail: [email protected]
Putinin sevgilisi ABŞ-ı qorxutdu: Avropa sanksiyalar tətbiq edir
Avropa İttifaqı Vladimir Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevaya sanksiya tətbiq etmək üçün qollarını çırmalayıb.
Turkdunyasi.az-ın xarici mediaya istinadla məlumatına görə, ABŞ-ın isə Kabayevanı sanksiya siyahısına daxil etməkdə tərəddüd etdiyi bildirilir.
Amerikanın CNN televiziyasının Avropa Komissiyasının mənbələrinə əsaslanaraq verdiyi xəbərdə sanksiya siyahısına salınacaq adlarla bağlı müzakirə aparıldığı, lakin adları açıqlanmayan diplomatlara görə, bu qərar sadə bir iş deyil. Kabayeva keçən ay SSRİ-nin İkinci Dünya Müharibəsində nasizm üzərində qələbəsini Putinin işğalı ilə müqayisə etdikdən sonra “hədəfdə olan insanlar” siyahısına əlavə edilib.
Sanksiya təklifində Kabayeva Putinin təbliğat maşınını yaradan və demək olar ki, bütün Rusiya dövlət mediasında əhəmiyyətli paya malik olan Milli Media Qrupunun idarə heyətinin sədri kimi göstərilir. Sənəddə qeyd olunur ki, keçmiş gimnast və Dövlət Dumasının keçmiş deputatının “prezident Vladimir Putinlə yaxın münasibəti var”.
Bu il 70 yaşı tamam olacaq Rusiya lideri 2008-ci ildən bəri Olimpiadanın qızıl medalçısı, 38 yaşlı Kabayeva ilə münasibətlərini inkar edib. Münasibətlərini ilk dəfə yazan Moskva qəzeti isə bu xəbərdən az sonra bağlanıb.
WS Journal isə keçən ay dərc etdiyi xəbərdə Vaşinqtonun Kabayevaya qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirib. Xəbərdə Vaşinqtonun 11 saatlıq danışıqlar prosesindən sonra Kabayevanın yeni sanksiyalar paketindən çıxarıldığı bildirilib.
Digər tərəfdən, “The Guardian“ qəzeti ABŞ rəsmilərinin Putinin bunu şəxsi hücum kimi qiymətləndirə biləcəyindən ehtiyat edərək Kabayevaya qarşı sanksiyaları dayandırdığını yazıb.
Ağ Evin sözçüsü Cen Psaki, sözügedən xəbərə istinadla verilən suala "Bizim sanksiyalardan heç kim güvənli deyil. Yəqin ki, görəcəyimiz daha çox işimiz var" deyə cavab verib.
Fevralın 24-də Moskvanın Ukraynaya müdaxiləsindən sonra ABŞ Putinə, onun yaxın çevrəsinə, hətta qızları Katerina Tixonova və Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq edib.
Prezident Bayden də keçən ay deyib ki, Putin "hətta hakimiyyətdə qala bilməyəcək. Lakin Kabayeva Putinə o qədər yaxındır ki, hesabata görə, ona qarşı sanksiyalar Vaşinqton və Moskva arasında münasibətləri daha da gərginləşdirə bilər".
Adının çəkilməsini istəməyən Bayden administrasiyasının rəsmisi deyib: “Qərb Putinin çevrəsini və ailə üzvlərini hədəfə alıb. Çünki Putin, onun yaxın çevrəsi və bir çox oliqarxlar öz sərvətlərini ailə üzvləri ilə birlikdə gizlədirlər”.
ABŞ-dan əvvəlki açıqlamalarda Putinin var-dövlətini ailə üzvlərinin adına keçirdiyi və sərvətlərini onların vasitəsilə gizlətdiyi vurğulanmışdı.