10 
may
2022
01:00
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncə səhiyyəsində yenə rüşvətxorluq/VİDEO

10 may, 2022
01:00
1271

Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də, bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb. Çünki, bu gündə bu çağırışa məhəl qoymayan tibb işçiləridə var. öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən namuslu məmurlarımızı bu siyahıya şamil etmirik. Ancaq sözümüz öz vəzifəsindən sui-istifadə edən ölkəmizn bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan tibb işçilərinədir. Abbas Səhhət adına 1 saylı xəstəxananın cərrahiyyə şöbəsinin şöbə müdirəsi Nazilə həkim əndazani aşaraq etdiyi qanunsuzluq bu məsələyə toxunmağımıza səbəb yaratdı, və bizdə sual doğurdu. Xəstələrin keşiyində, dayanıb onlara şəfa vermək əvəzinə qanunu pozaraq dövlət xəstəxanasında xəstənın ailəsindən 300 manat rüşvıt alıb. Bəs Görəsən bu çirkli pullar kimin və ya, kimlərin cibinə gedir. Tibb işçilərinə dövlətin ayırmış olduğu məvacib yetərincə olsada, belə bu cür acgöz həkimlər aldıqları əmək haqqı ilə kifayətlənməyib, öz var-dövlətlərini daha da artırmaq məqsədilə rüşvətxorluğa və digər neqotiv hallara yol verirlər.
Gəncə şəhər A. Səhhət adına 1 saylı Xəstəxanasının cərrahiyyə şöbəsinin şöbə müdirəsi Nazilə həkim nə baş həkimi nə İcbari Tibbi Sığorta Agentliyini nə də heç bir dövlət qrumlarını vecə almır qanunları meydan oxuyur. Xüsusəndə mətbuat işçiləri ilə ağıla sığmaz dərəcədə kobud və aqresiv davranışları ilə özünü daha da yüksəklikdə hiss edir. Bəs görəsən Nazilə xanım bu qədər gücü hardan və kimdən alır? Ulu Öndər dəfələrlə demişdir ki, həkimin ağ xələti ləkə götürməməlidir. Lakin bəzi həkimlərimizin nəyin ki, ağ xələti hətta vicdanları çirkablarla dolmuşdu. Mən "Azerinfo.az" informasiya agentliyinin direktor müavini Ramilə 2 dəfə sözü gedən xəstəxananın cərrahiyyə şöbəsində qaldım və belə qərara gəldim ki, Nazilə doktor biz mətbuat işçilərini gözdən uzaq olan şöbəyə yerləşdirilməsi üçün əmr vermişdir. Çünki bir otaqda 3və 4 çarpayıda yatan xəstələrlə heç bir əlaqə yarada bilməyək orda gedən rüşvət alverindən o cümlədən xəstəxanada  həkimlərin xəstələrə tutuqları divandan, xəstələr bizə danışa bilməsinlər. Bundan başqa soyğunçuluqları bəs etməmiş kimi xəstələrlə aqresiv davranışları üzə çıxmasın. Mən həmin xəstəxananın bir çox işçiləri ilə Nazilə doktor haqqında maraqlandım və eyni cümlələri eşitdim. "Ay xanım Nazilə həkimin arxası möhkəm yerə bağlıdı ondan çoxda dirəşmə sənin başına oyun açdırar. Siz hələ nə görüb nə bilirsiz eee o biz işçilərə Allahın dağını çəkir. Vallah bezmişik onun əlindən neyniyək əlacımız yoxdu deyə məcur oıub dözüb işləyirik." Məntiqlə belə nəticə hasil olur ki, Nazilə həkim vətəndaşları öncə baş həkimə sonra isə dövlətə qarşı çıxarır. Nazilə həkim Xəstə yaxınlarını xəstələrin yanına keçməsinə niyə icazə verməməsinində səbəbi məlum oldu. Belə ki, çarpayılar çox bərbad vəziyyətdədir xəstələr sanki dəmir hissəciklər üstündə yatırlar.

Güman edirik ki, təqdim etdiyimiz bu faktlar bir nəticə verəcək və Nazilə həkimin özbaşınalığına son qoyulacaq.

 İndi həmin kadırları sizlərə təqdim edirik.

Qarşı tərəfidə dinləməyə hazırıq.

mənbə: "Regiontv.info"

Bizimlə əlaqə saxlayın