11 
may
2022
00:52
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda polis idarəsində intihara cəhdlə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

11 may, 2022
00:52
961

Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslə bağlı məsələyə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən bölmədə özünə xəsarət yetirən şəxs narkotik vasitə aludəçisidir:
“Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.
08:45
Bakının Sabunçu rayonunda intihara cəhd olub.
APA xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın