11 
may
2022
01:28
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib

11 may, 2022
01:28
1599

10 may 2022-ci il tarixdə İsmayılllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İlk öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin İsmayıllı rayonuna səfərlərindən bəhs edən film izlənilib və sərgiyə baxış keçirilib.

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində keçirilən tədbirdə çıxış edən aparıcı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın dövlətçilik tarixində parlaq və silinməz izlər qoymuş böyük şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir.

İsmayıllı rayon Ağsaqqallar şurasının sədri, ziyalı Saleh Valehov Ulu Öndərin müxtəlif dövrlərdə İsmayıllı rayonuna səfərləri haqqında çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın hər bir bölgəsinə, eləcə də İsmayıllı rayonuna daima diqqət və qayğısı göstərildiyini bildirmişdir.

Sonda "Niyal" instrumental ansamblının solistlərinin, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərdən ibarət xor kollektivinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan və sevdiyi mahnılardan bir neçəsi səsləndirilib, rəqslər nümayiş olunub.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib

Bizimlə əlaqə saxlayın