13 
yan
2026
19:24
33

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Prezident: "Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır"

13 yan, 2026
19:24
1133

"Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir".

Turkdunyasi.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib.
Beş il bundan əvvəl vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlərin qayıtmağa başladıqlarını vurğulayan dövlətimizin başçısı deyib ki, bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır.

Bizimlə əlaqə saxlayın