14 
may
2022
09:04
45

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənistan sülh müqaviləsi üçün Bakıya verdiyi 6 bəndlik paketi AÇIQLADI

14 may, 2022
09:04
1245

Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün rəsmi Bakıya təklif etdiyi 6 bənddən ibarət paketi açıqlayıb.

Turkdunyasi.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Edmon Marukyan 6 bəndi aşağıdakı kimi sıralayıb:

1. Birinci bənddə qeyd olunur ki, martın 11-də biz Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər almışıq, ona cavab veririk.

2. Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur.

3. Erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

4. Erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatının, 11 yanvar və 26 noyabr 2021-ci il (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) tarixli bəyanatlarında göstərilən öhdəliklərin yerinə yetirilməsini vacib hesab edir.

5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Bizimlə əlaqə saxlayın