17 
may
2022
10:59
85

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanın səhiyyə naziri Türkiyəyə getdi - FOTO

17 may, 2022
10:59
1285

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına iki günlük işgüzar səfəri başlayıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Ulu öndərin Ankaradakı Heydər Əliyev Parkında ucalan abidəsi önünə əklil qoyulub.
Azərbaycan nümayəndə heyəti həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət ediblər.
Səhiyyə naziri Teymur Musayevin qardaş ölkəyə səfəri çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş, “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında Əməkdaşlığa dair 2022-2023-cü illər üçün Yol Xəritəsi”nin imzalanması, Ankara və Hacettepe Universitetlərin rektorları ilə görüş, tibb ocaqlarının fəaliyyəti ilə tanışlıq və digər tədbirlər nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın