19 
may
2022
01:22
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Şuşa İli” çərçivəsində keçirilən bölgələrarası Muğam festivalının İsmayıllı Regional Mədəniyyət İdarəsi üzrə I mərhələsi keçirilib

19 may, 2022
01:22
977

18 may 2022-ci il tarixdə “Şuşa İli” çərçivəsində keçirilən bölgələrarası Muğam festivalının İsmayıllı Regional Mədəniyyət İdarəsi üzrə I mərhələsi keçirilib. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən müsabiqədə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Həsrət Şabili, idarənin və region üzrə müəssisələrin əməkdaşları iştirak ediblər.

Festivalın keçirilməsində məqsəd 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğam ənənələrinin və milli dəyərlərimizin yaşadılması və təbliğ edilməsi, uşaq musiqi və incəsənət məktəblərində xanəndəlik ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasından ibarətdir.

Keçirilən müsabiqədə Comərdov Fuad Faiq oğlu (9-12 yaş), Alimov Nihad Nicat oğlu (13 -17 yaş) növbəti mərhələyə seçiliblər. Müsabiqənin II mərhələsi isə Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcəkdir.

İsmayıllı Regional Mədəniyyət İdarəsi adından növbəti tura seçilən iştirakçıları təbrik edir, uğurlar arzulayırıq.

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət


“Şuşa İli” çərçivəsində keçirilən bölgələrarası Muğam festivalının İsmayıllı Regional Mədəniyyət İdarəsi üzrə I mərhələsi keçirilib

Bizimlə əlaqə saxlayın