E-mail: [email protected]
Bərdənin Icra Hakimiyyətinin Başçısı Vidadi İsayevə Yaxın Olan Məktəb Direktorunun Həbsi Gözlənilir
SÖHBƏT BƏRDƏ ŞƏHƏR 4 NÖMRƏLI UŞAQ İNCƏSƏNƏT MƏKTƏBININ DIREKTORU AYSEL YUSIF QIZI BAYXANOVADAN GEDIR.
Aysel Bayxanova haqqında indiyədək dəfələrlə mətbuatda müxtəlif xəbərlər yayılıb. Həmin xəbərlərdə məktəb direktorunun qanunsuz fəaliyyətindən bəhs edilir.
Məktəb direktoru medianın diqqətinə həm də rayonda tikdirdiyi obyektlər, bahalı evləri, sürdüyü bahalı maşınlar və Bərdənin icra başçısı Vidadi İsayevin hər vəchlə onu himayə etməsi ilə gündəmə gəlmişdi.
Aysel Bayxanova haqqında elə direktoru olduğu məktəbin işçilərindən tərəfindən müxtəlif vəzifə pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edilmişdir. Onun icra başçısı tərəfindən himayə edilməsinə baxmayaraq, mətbuatdan dərc edilən yazılardan sonra prokurorluq hərəkətə keçib.
Belə ki, Aysel Bayxanova haqqında Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalara başlanılıb.
Mənbə: Azərbaycan Reallığı.com