19 
may
2022
14:37
91

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Beynəlxalq Muzeylər Günü qeyd olunub

19 may, 2022
14:37
991

18 may 2022-ci il tarixdə İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Həsrət Şabili, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ramiz Nuriyev, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, idarə və müəssisələrin əməkdaşları, Gənclər İnkişaf və Karyera Mərkəzinin könüllüləri iştirak ediblər.

Tədbirdə çıxış edən İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ramiz Nuriyev bu günün respublikanın bütün muzeylərində müxtəlif kütləvi tədbirlər, sərgilər formasında keçirildiyini, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzey işinin inkişafına daim dövlət qayğısının göstərildiyini bildirib. Daha sonra “Niyal” instrumental ansamblının solistləri çıxış ediblər, onların ifaları qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

Açıq havada keçirilən sərgidə müxtəlif dövrlərə aid eksponatlar, rəsm əsərləri, qədim dövrlərə aid misgərlik, dulusçuluq, toxuculuq nümunələri nümayiş olunub.

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət


Beynəlxalq Muzeylər Günü qeyd olunub
Beynəlxalq Muzeylər Günü qeyd olunub
PAYLAŞ: 


Bizimlə əlaqə saxlayın