23 
may
2022
10:43
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Yaxın günlərdə delimitasiya üzrə komissiyalar GÖRÜŞƏCƏK

23 may, 2022
10:43
1283

Yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların ilk iclasının keçiriləcəyi gözlənilir. 
 
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, görüş hər iki ölkənin sərhədində baş tutacaq. 
 
"Komissiya delimitasiya və sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcək. Tərəflər regional kommunikasiyaların blokdan çıxarılması üzrə işi davam etdirmək barədə razılığa gəliblər. Söhbət zamanı Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən kommunikasiyalar, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturları vasitəsilə beynəlxalq daşımaların təşkili məsələləri razılaşdırılıb”, - Şarl Mişel bildirib.
 
Qeyd edək ki, mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Brüsseldə keçirilən görüş 5 saat davam edib. Danışıqlarda bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın