23 
may
2022
16:40
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

23 may, 2022
16:40
1281

Bakıda və Abşeron yarımadasında mayın 23-ü axşam, mayın 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq mayın 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.
Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bizimlə əlaqə saxlayın