27 
may
2022
09:43
62

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənistan prezidenti Azərbaycanla sülh barədə danışıb

27 may, 2022
09:43
1262

“Biz nikbinik, çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik. Həqiqətən də, bu ərazidə qonşuların dinc yaşayışıı olmadan, təkcə bizim deyil, bu regionun bütün ölkələri üçün irəliyə doğru addımlamaq mümkün deyil. Mən Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam”.
Bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan DW-yə müsahibəsində Brüsseldə üçtərəfli danışıqlarla bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan regionda dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıdır.
“İndi bu, xüsusən də vasitəçilərin olduğu üçün daha realdır. Biz bu imkanlardan istifadə etməliyik”, - deyə o bildirib.
Ermənistan prezidenti xatırladıb ki, Brüsseldəki sonuncu danışıqlar Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçüncü görüş olub. Onun fikrincə, Aİ məsələni, iki ölkə arasında sülh haqqında sənəd imzalanana qədər başa çatdırmaq niyyətindədir.
“Əlbəttə, bu çətin yol olacaq. Çünki münaqişə 1990-cı illərdən bəri davam edir. Amma əsas odur ki, hər iki tərəfdə istək var və hər iki tərəfin razılığa gəlməsinə kömək etmək istəyənlər var”, - Xaçatryan bildirib.
O, vurğulayıb ki, sülh müqaviləsi imzalanandan sonra birgə dinc yanaşı yaşama erası başlamalıdır.

Bizimlə əlaqə saxlayın