27 
may
2022
11:07
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

SOCAR-da rüşvət QALMAQALI: işə düzəltmək üçün...

27 may, 2022
11:07
1284

SOCAR-ın keçmiş operatoru külli miqdarda rüşvət almaqda təqsirli bilinir.
Turkdunyasi.az Lent.az-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin keçmiş operatoru İlyas Əhədov tanışlarını köhnə iş yerinə düzəltmək istəyib. Bu məqsədlə 4 tanışından ümumilikdə 33 min manat pul alıb. O, Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsilə ittiham elan olunub.
İ. Əhədovun bu cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 7-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın