27 
may
2022
11:12
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ölməz Putin - Kreml sahibinin XƏSTƏLİKLƏRİ

27 may, 2022
11:12
1477

Dünya mediasında Rusiya prezidenti Vladimir Putinin ölümcül xəstəlikləri ilə bağlı məlumatlar getdikcə artır. Amma Kreml rəhbərinin xərçəng, şizofreniya, Parkinson və digər xəstəliklərdən əziyyət çəkdiyi barədə şayiələr son 20 ildə aktiv şəkildə yayılsa da, Putin hələ ki "rus gəmisi"nin sükanı arxasında dayanmağa davam edir.
Planetdəki milyonlarla insanın onun mümkün qədər tez bir zamanda o dünyaya getməsini arzu etməsinə baxmayaraq, Putin ölməzliyini qoruyur.

Turkdunyasi.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin xəstəliyi barədə ilk xəbərlər 2001-ci ildən yayılmağa başlayıb.


Putinin hakimiyyətinin ilk 10 ilində onun xəstəlikləri ilə bağlı heç bir söz-söhbət yox idi. 2001-ci ildə mətbuatda prezidentin mümkün onkoloji xəstəliyi ilə bağlı yazılar dərc olunsa da, onlar kütləvi oxucuların diqqətini cəlb etmirdi. O vaxtlar Rusiya TV-ləri onun cüdo ilə necə məşğul olduğunu, delfinlərlə suya tullanmasını, Altayda Şoyqu ilə ov etdiyini, Su-27 qırıcısını idarə etdiyini göstərməklə prezidentin sağlamlığından şübhələnməyə əsas vermirdi.


2011-ci ildən başlayaraq vəziyyət sürətlə dəyişməyə başladı... O zaman ilk dəfə Moskva sakini Mixail Kukobaka Putinin maniakal-depressiv sindromdan əziyyət çəkdiyini Facebook-da yazdı:
"Putin danılmaz xəstədir. Xəstəliyi maniakal-depressiv sindrom kimi bir şeydir. Sadə dillə desək, şizofreniya".
2012-ci ildə bloger və jurnalistlər Rusiya prezidentinin psixi pozğunluğuna dair mövzunu davam etdirdilər.
"Putin ruhi xəstədir və xəstəliyin irəliləməsi onu getdikcə daha həssas edir. Onun davranışının xüsusiyyətlərinin təhlili aşkar psixi pozuntuları göstərir: Kluver-Busi sindromu. Xəstəlik beynin temporal hissələrinin zədələnməsi nəticəsində yaranır", - bloger Mark Petroviçin fikrincə, Putində bu psixi pozğunluğun bütün əlamətləri var idi:
- yaxınlarının və ətraf mühitin emosional vəziyyətini dərk etməmək;
-emosional uzaqlaşma (nə kədər, nə də sevinc);
- qorxu hisslərinin azalması və kritik vəziyyətlərdə təhlükənin qiymətləndirilməməsi;
- akinetik mutizm (üzdə daş maskası) və digər əlamətlər.

Həmin il ruslar Putinin tez-tez axsadığını və belini tutduğunu görüblər. Rusiya prezidentinin özü bir neçə il əvvəl atdan yıxıldığını söyləmişdi. Lakin KİV nümayəndələri iddia edirlər ki, bunun səbəbi Putinin 2003-cü ildən bəri əziyyət çəkdiyi onurğa xərçəngi ola bilər.
 
Hələ 2014-cü ildə “Nyu York Post” qəzetinin jurnalisti Riçard Conson yazmışdı ki, Putin Ukraynaya tələsik müdaxilə etməyə çalşır, bu da onun sağalmaz xəstəliyindən irəli gələ bilər.

"Bəzi məlumatlara görə, Putinin 3 ilə yaxın ömrü qalıb. Ona görə də Rusiya prezidenti Ukraynanı işğal etməyə tələsir. O, Stalin kimi ölkənin sərhədlərini genişləndirərək, böyük Rusiya mirasl buraxmaq istəyir”,- Riçard Conson yazmışdı.
Sonralar sosial şəbəkələrdə Putinin onurğa sarkoması və mədəaltı vəzi xərçəngi olduğunu bildirən yazılar dərc etməyə başladılar. Lakin Kreml bütün şayiələri təkzib etdi.
2015-ci ildə “USA TODAY” nəşri Putinin səhhəti ilə bağlı Pentaqonun gizli araşdırmasını əldə etdiyini bildirdi. Nəşr olunan materialda deyilirdi ki, amerikalı alimlər Rusiya liderində heç bir xərçəng əlaməti aşkarlamayıblar, əvəzində onda Asperger sindromu - “bütün qərarlarına təsir edən autistik xəstəlik” müəyyən ediblər.
Bununla belə, amerikalılar Putini uzaqdan - video ilə araşdırmağa davam etdilər. Alimlər qeyd ediblər ki, dəqiq diaqnoz qoymaq üçün tam araşdırma aparmaq lazımdır. Məsələn, Putinin beyninin tomoqrafiyasını etmək lazımdı.
“Proekt” nəşrinin araşdırıcıları bildiriblər ki, 2016-2017-ci illərdə Putin Moskvanın qərbində yerləşən Mərkəzi Klinik Xəstəxanada bir neçə ağır bel əməliyyatı keçirib. Və 2019-cu ildə Rusiya prezidenti yenidən genişmiqyaslı tibbi yardıma ehtiyac duyub. Jurnalistlərin sözlərinə görə, o vaxtdan bəri Putini həmişə onkoloqlar da daxil olmaqla ən azı 10 həkim müşayiət edir.
Putinin həmçinin “İvan Qroznı” sindromundan əziyyət çəkdiyi də iddia olunur. Bu, başqaları üçün təhlükə yaradan depressiv-delusional vəziyyətə sahib olma deməkdir.

2020-ci ildə Britaniyanın “The Sun” nəşri Putinə Parkinson xəstəliyi diaqnozu qoyub.
“Onun əlləri durmadan hərəkət edir, guya ağrıdan stulun qolundan yapışır, qələm tutanda və ağrıkəsici kimi görünən stəkanı sıxanda barmaqları qıvrılır”, - deyə nəçrin məqaləsində bildirilir.
Rusiya prezidentinin Parkinson xəstəliyindən, eləcə də digər xəstəliklərdən əziyyət çəkdiyini Putinin keçmiş həmkarı, “KQB”nin əlindən Böyük Britaniyaya qaçan Boris Karpiçkov da bildirib.
"O, bəzən özünü dəli kimi aparır və paranoid ideyalara aludə olur", - Karpiçkov deyib.

2021-ci ilin sentyabrında Sovet kəşfiyyatçısı, “KQB” mayoru, Putinin sinif yoldaşı Yuri Şvets Apostrof TV-də Putinin yoğun bağırsağın xərçəngindən əziyyət çəkdiyini elan edib.
"Düşünürəm ki, o, reanimasiya müalicəsi ilə özünü təmin edir. Müşahidələrimə görə, o, həqiqətən xəstədir, müalicə olunur", - Şvets deyib.
2022-ci ilin martında “Daily Mail” nəşri ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazıb ki, Putin beyin pozğunluğundan əziyyət çəkir.

2022-ci ilin aprelində ekspertlər yenidən Rusiya prezidentinin son dərəcə qeyri-sağlam görünüşünə diqqət çəkiblər. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə söhbəti zamanı Putin kresloda qısılıb əyləşib, elə əyilib ki, kürəyində donqar yaranıb və bütün bunlarla yanaşı, ayağını dartıb. Rusiya prezidenti həmin vaxt masanın kənarından pəncəsi ilə bərk yapışıb və söhbət boyu onu buraxmayıb.
Psixoloq Olqa İoviç “Seqodnya” nəşrinə deyib ki, Putinin səhhətində gizlətməyə çalışdığı ciddi problemlər var.
"Şişmiş üz açıq-aydın qeyri-sağlam görünür. Kresloda oturduğu mövqe bədəninin yorğun olduğunu göstərir. Putin əli ilə stolu sıxır və bəzən başını tərpədir, başını və qolunu sıxmağa çalışır. Daha inamlı görünmək üçün kifayət qədər güc nümayiş etdirir".

Psixoloq Putinin ayağını nəzarətsiz şəkildə stolun altında hərəkət etdirdiyini də müşahidə edib.
"Bu, ayaqların əzələlərinin tükəndiyini, Putinin başına və qoluna yönəltdiyi enerjidən məhrum olduğunu göstərə bilər. Putin nə qədər inam nümayiş etdirməyə çalışsa da, açıq şəkildə masa arxasında narahatdır", - Olqa İoviç söyləyib.

Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da Rusiya prezidentinin xəstəliklərindən danışıb. O deyib ki, Putinin bir neçə ciddi xəstəliyi var, onlardan biri də xərçəngdir.
"Amma Putinin sabah öləcəyinə ümid etməyə dəyməz. Onun ən azı bir neçə ili var. İstəsək də, istəməsək də, bu, belədir", - Budanov bildirib.
Onkoloq cərrah, Milli Xərçəng İnstitutunun ən yüksək kateqoriyalı həkimi, tibb elmləri namizədi Roman Fridel “NB” nəşrinə verdiyi şərhdə bildirib ki, mediada dərc olunan və Putinin nevroloji simptomları ilə bağlı bütün əlamətlər onun Parkinson xəstəliyinə tutulduğunu göstərir.
"Videoların birində o, oturub digər əlini bir əli ilə tutur ki, titrəyiş nəzərə çarpmasın. Lukaşenko ilə görüşməzdən əvvəl Putinin sağ əli iradəsiz şəkildə qıvrılır. Şoyqu ilə görüşdə Putin sağ əli masanı tutub. Parkinson xəstəliyinə bənzəyir, baxmayaraq ki, hələ də bəzi digər nevroloji simptomlar ola bilər", - həkim deyib.

Fridel Rusiya prezidentinin onkoloji xəstə ola biləcəyini də istisna etmir.
 
"Bir neçə il əvvəl Putin qəflətən ictimai məkandan yoxa çıxdı, sonra gözlənilmədən Sankt-Peterburqda peyda oldu. Məhz bu şəhərdə radiasiya terapiyası üçün müasir avadanlıqla təchiz edilmiş ən böyük federal xərçəng mərkəzi yerləşir", - deyə həkim bildirib.
 
Rusiya liderinə qoyulan “ölümcül diaqnozlar" hələ ki özünü doğrultmayıb – çünki Putin sağ-salamatdır. Bəzi iddialara görə, ola bilsin ki, bütün bu “tibbi kampaniya” Putinin düşmənlərini çaşdırmaq üçün Rusiya xüsusi xidmət orqanlarının yaydığı dezinformasiyalardır.
Xüsusilə, bu versiyanı Avropada yaşayan rus sosioloqu İqor Eydman irəli sürüb. Onun fikrincə, bu cür məlumatlar Rusiyanın əleyhdarlarını, ilk növbədə britaniyalıları və amerikalıları ruhlandırmaq məqsədi daşıyır ki, Putinə qarşı ciddi xüsusi əməliyyatlar keçirməyin mənası yoxdur, çünki o, tezliklə öləcək və ya hakimiyyətini itirəcək.

"Rusiyadakı Putin rejimi bəşəriyyət üçün ən böyük qlobal təhlükədir. Bayden, Consonun, Sorosun və Qərb dünyasının digər liderlərinin bəyanatlarına baxsaq, onlar bunu başa düşürlər. Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar hazırlanır. Rusiya hakimiyyəti bu təhlükədən xəbərdardır və Putini təhlükədən çıxarmaq üçün hər cür cəhd edilir”, - İqor Eidman öz Facebook səhifəsində yazıb.

Bizimlə əlaqə saxlayın