28 
may
2022
11:23
47

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib - FOTO/VİDEO

28 may, 2022
11:23
947

Mayın 28-də şənbə günü səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb.
Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Polşa aviadaşıyıcısının ilk reysinin necə qarşılandığını videoçarxda görmək olar:






Bizimlə əlaqə saxlayın