iyn
2022
09:55
88

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənilər təşvişdə - Laçından yan keçən yeni yolun tikintisindən FOTOLAR

1 iyn, 2022
09:55
1488

“Azərbaycan Respublikasını Ermənistan Respublikası ilə birləşdirən və Laçından yan keçən yeni yolun tikintisi demək olar ki, Gorus-Qafan magistralına çatıb. Azərbaycanlıların xüsusi texnikası hətta magistraldan da görünür”.

Modern.az saytı xəbər verir ki, bu barədə “Hraparak” qəzetininm məqaləsində deyilir.

Qeyd edilir ki, Azərbaycan tərəfinin çəkdiyi yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir.

Ermənistan mətbuatı təşvişlə xəbər verir ki, Azərbaycan tərəfi Laçın şəhərinə və Zabux kəndinə nəzarəti ələ almaq üçün bu yolun tikintisini bir an əvvəl başa çatdırmağa çalışır.

“Hraparak” qəzeti “Laçın dəhlizi”nə paralel olan tikintinin gedişatı və yerini nəzərə alaraq qeyd edir ki, bu yolun çox çətin relyef şəraiti olacaq.

Xatırladaq ki, yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol üç il ərzində hazır olmalıdır.

"Laçın dəhlizi"nə alternativ olan bu yol iki hərəkət zolaqlıdır.
Yol hazır olandan sonra Rusiya sülhməramlı kontingenti həmin marşruta yerləşdiriləcək.



Bizimlə əlaqə saxlayın