E-mail: [email protected]
Prezidentin diqqətinə: Meşələrimizi gəlir mənbəyinə çevirən dırnaqarası ekoloqlar kimlərdir
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin bir çox meşə dolaylarında mal-qara fermaları mövcuddur və həmin ferma sahibləri sözügedən fermların yanında meşə işçilərindən mal-qara örüşü kimi pul müqabilində alıb.
Aldığımız məlumata görə, sözügedən fərmalar, mal-qara örüşü və biçənəklərdən yığılan pullar bir başa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovla Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynovun cibinə gedir.
Ferma və mal-qara
tövlələri Masallı Qəriblər, Yeyənkənd, Göytəpə, 1 saylı və 3 saylı meşə dolaylarında mövcuddur.
Hətta peyk görüntülərindən çəkilmiş fotoşəkillərdə sözügedən ferma və mal-qara tövlələrin rahat görmək olur.
Bundan başqa Masallı meşəbəyliyində 120 ha, Yeyənkənd 900 ha, Cəlilabad və Göytəpə 3000 ha biçənək sahələri var, hansı ki, bu yerlərin hər hektarına vətəndaşlardan 50 manat alırlar.
Adları çəkilən ferma və mal-qara tövlələrinə heç bir tədbir görülmür.
Meşələrdə iri və xırda buynuzlu mal-qaranın saxlanması bir başa orada kı, təbii bərpa və meşələrin məhv olması deməkdir.
Qarşı tərəfi dinləməyə hazırıq.